yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq - Rəsmi açıqlama

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq - Rəsmi açıqlama
1-08-2017, 14:39 58 143 dəfə baxılıb

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” matçı Azərbaycancda canlı yayımla nümayiş etdirilməyəcək.

Bu barədə qol.az-a eksklüziv açıqlamasında “Şerif” şirkətinin (“Şerif” klubu bu şirkətə tabedir) teleyayım məsələlərinə məsul olan rəsmi nümayəndəsi Yevgeni Raşkovan məlumat verib. Onun sözlərinə görə, yayımla əlaqədar Azərbaycan tərəfdən heç bir telekanal onlara müraciət etməyib: “Hətta bundan sonra müraciət olunsa belə, oyunun göstərilməsi texniki tərəfdən mümkün deyil”.

Y.Raşkov yayıma görə Azərbaycan tərəfədən 100 min dollar tələb olunması ilə bağlı xəbəri şərh etmək istəmədiyini söyləyib. Bununla belə, o qeyd edib ki, hələ ilk matçdan əvvəl “Şerif” Moldovadakı cavab oyunu üçün qarşı tərəfdən 50 min dollar istəyib: “Cavab oyununun qiyməti ilə bağlı heç nə deyə bilmərəm. Azərbaycandan hec bir telekanal oyuna görə bizə müraciət etməyib. Ümumiyyətlə, bu məsələ hələ ötən həftənin 4 ya 5-ci günü həllini tapmalı idi. İndi oyunun başlamasına bir neçə saat qalıb. Bundan sonra matçın yayımı texniki tərəfdən də mümkün deyil”.

“Şerif” rəsmisi bildirib ki, hələ ilk oyundan əvvəl “Qarabağ” klubu onlara oyunların qarşılıqlı şəkildə pulsuz yayımlanması üçün müraciət edib: “Amma biz “Qarabağ”ın bu şərtini qəbul etmədik. “Şerif” – “Qarabağ” oyunu sıradan matç deyil. Biz bu oyundan həm də maddi olaraq qazanmaq istəyirik. Amma dediyim kimi, Azərbaycan tərəfdən hec kim bizə müraciət etməyib”.

“Şerif” rəsmisi oyunu Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə canlı nümayiş etdiriləcəyini deyib.

Xatırladaq ki, "Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: canli, , yayimlanmayacaq, Resmi, oyunu, Qarabagin, achiqlama
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ