SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Qurban Qurbanov nədən qorxur? - “Bu təhlükəlidir”

Qurban Qurbanov nədən qorxur? - “Bu təhlükəlidir”

Tarix:

1-08-2017, 12:59

/ 60 040 dəfə oxundu.
Qurban Qurbanov nədən qorxur? - “Bu təhlükəlidir”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Hər kəsə təşəkkür edirəm. Bir şeyi deyə bilərəm ki, çox çətin oyun olacaq. Biz artıq Bakıda görüşmüşük. Rəqibdə qələbə qazanmaq üçün böyük istək gördüm. Buna görə də ikinci matça daha ciddi hazırlaşmışıq. Hər iki komandanın şansları qalıb. Ən azı Avropa Liqasının qrup mərhələsinə düşə bilərik. Bütün hallarda biz də, "Şerif" də bu matça çox ciddi yanaşırıq. Çox maraqlı görüş olacaq.

- Sizin fikirnizcə, açıq oyun gedəcək, yoxsa...

- Nəsə demək çətindir. Arzulayardım ki, açıq oyun getsin. Bilmirəm ki, rəqib bizə öz oyunumuzu nə qədər göstərməyə icazə verəcək. Biz daha çox hücum etməyə çalışacağıq. Çünki nəticə əldə etmək istəyirik.

- İlk matçla müqayisədə komandanızda nə dəyişikliklər olacaq?
- Çox böyük dəyişikliklər olmayacaq. Fikrimcə, bunlar əhəmiyyətsiz şeylərdir.

- Komandanızın üzərində təzyiq var? Nəzərə alaq ki, "Qarabağ" indiyə qədər pley-off-da oynamayıb.
- Hər komanda belə oyunlarda təzyiq hiss edir. Hətta ölkə çempionatında da belə olur. Bu oyunlarda ab-hava isə tamam fərqlidir. Böyük turnirlərdə təzyiq daha çox olur. Bizim təcrübəli futbolçularımız var və meydanda rahat oynamağa çalışacağıq. Komanda təzyiq hiss edirsə, biz oyun üçün hazırıq. İlk oyun 0:0 başa çatdı. Məhz bu hesabın da təzyiqini hiss edə bilərik. Futbolçular da onu dərk edir. Digər tərəfdən biz qonaq meydanda çıxış edirik.

- "Şerif"in ən qorxduğunuz tərəfləri hansılardır?
- Biz hər oyunda bir çox şeydən qorxururq. Rəqib komanda sistemini dəyişə bilər, komandanın heyətini dəyişə bilər. Bu təhlükəlidir və ehtiyatlı olmaq lazımdır. "Şerif" bizə sürpriz hazırlaya bilər. Başqa dəyişikliyə gedə bilərlər. Fikrimcə, rəqibin baş məşqçisi müdafiə planında çox yaxşı oyun qurur və komanda bunu bacarır. Çox güclü müdafiə ilə yanaşı sürətli hücuma çıxmağı da bacarırlar. Bu komanda müasir futbol oynayır və müdafiədən hücuma çox sürətlə gedirlər. Amma biz rəqibə öz oyununu oynamağa imkan verməməyə çalışacağıq.

- "Qarabağ" penaltilərə hazırdır?

- Düzünü desəm, biz penalti haqqında düşünməmişik. Biz oyun üçün hazırlaşmışıq. İstəyirik ki, 90 dəqiqə ərzində düzgün oyunla qələbə qazanaq, rəqibə öz oyununu oynamağa imkan verməyək. Əlbəttə ki, futbolda hər şeyə hazır olmaq lazımdır. Hər komanda, hər baş məşqçi normal vaxtda qalib gəlməyi düşünür. Əgər penaltilərə qədər getsək, stadionda qərar verəcəyik. Mənim düşüncəmə görə, oyunun ilk dəqiqələrindən futbolçuları penaltilərə hazırlamaq düzgün deyil.

Şərhlər

XƏBƏR LENTİ