SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlqar Məmmədov azad ediləcəkmi?

İlqar Məmmədov azad ediləcəkmi?

Tarix:

6-06-2018, 12:03

/ 1 469 dəfə oxundu.
İlqar Məmmədov azad ediləcəkmi?

Avropa məhkəməsinin verdiyi vaxt başa çatdı


REAL sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinə verdiyi son vaxt iyunun 5-də bitib.

REAL Partiyası yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

Bildirilir ki, ötən ilin noyabrında çıxarılan və cari ilin martında qüvvəyə minən qərar hələ də icra olunmur. Son üç ayda Ali Məhkəmənin plenumunun çağırılacağı və vicdan məhbusunun azad ediləcəyi gözlənilirdi. Lakin bu gözləntilər doğrulmadı.

“Üç həftədir Ali Məhkəməyə bu məsələ ilə bağlı göndərilən sorğu cavablandırılmır. Sual ondan ibarətdir ki, İlqar Məmmədovun barəsində Avropa Məhkəməsinin ikinci qərarı Ali Məhkəməyə daxil olubmu və olubsa plenumun keçirilməsi nə vaxta planlaşdırılır” deyə, REAL Partiyasının yaydığı məlumatda bildirilir.

İ.Məmmədovun vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında bundan sonra beynəlxalq hüququn verdiyi bütün imkanlardan bəhrələnəcəyini bildirdi: “Əvvəlki kimi hüquqlarımızdan istifadə edəcəyik. İlk növbədə, Avropa Şurası Nazirlər Komitəsinə məhkəmə qərarının icra olunmaması ilə bağlı müraciət göndərəcəyik. Komitənin bundan sonra hansı addımlar atacağı artıq bizlik deyil. Son dəfə İlqar Məmmədovla ötən həftə görüşmüşəm. O zaman vaxt hələ bitməmişdi.

İndi İlqar Məmmədovun Avropa Məhkəməsinin qərarının icra olunmamasına hansı mövqeyi sərgilədiyini təsəvvür etmək elə də çətin deyil. Xarici vəkil Avropa Məhkəməsi ilə bağlı mənimlə birlikdə zəruri hərəkətləri edir. Yazışmaları hazırlayıb aidiyyəti qurumlara göndəririk. Adi qaydada işlərimizi aparırıq”.

Şərhlər

XƏBƏR LENTİ