SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Direktorun otağından pul oğurladılar

Direktorun otağından pul oğurladılar

Tarix:

17-07-2017, 16:21

/ 191 968 dəfə oxundu.
Direktorun otağından pul oğurladılar

Bakıda məktəb direktorunun otağından oğurluq olub.

Hadisə keçən həftə, iyulun 11-də qeydə alınıb.

Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə qeydə alınıb. Orada məktəb direktoru Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

Şərhlər

XƏBƏR LENTİ