SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda dəhşətli qəza: Marşurut maşımlara çırpıldı - Ölənlər və yaralananlar var

Bakıda dəhşətli qəza: Marşurut maşımlara çırpıldı - Ölənlər və yaralananlar var

Tarix:

17-07-2017, 11:33

/ 144 420 dəfə oxundu.
Bakıda dəhşətli qəza: Marşurut maşımlara çırpıldı - Ölənlər və yaralananlar var

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev səhər saatlarında baş vermiş qəza ilə bağlı məlumat yayıb.
O, hadisənin 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) baş verdiyini bildirib.
Onun sözlərinə görə, hava limanı istiqamətində hərəkət edən Daewoo və Volkswagen Passat markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillər vaz 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin Daewoo markalı avtomobildə olan sürücü və sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.

****
Bakıda 3 avtomobilin toqquşması nəticəsində dəhşətli qəza baş verib.
Zığ şosesi, Hövsan qəsəbəsinə yol ayrıcında "Daewo" markalı sərnişin daşıyan avtobusla VAZ-2107 və Wolkswagen markalı avtomobillər bir-birinə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, 2 nəfər həyatını itirib, bir neçə yaralı var.

Şərhlər

XƏBƏR LENTİ