yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda kriminal avtoritetin qardaşı həbs olunub - Adam oğurluğuna görə

Bakıda kriminal avtoritetin qardaşı həbs olunub - Adam oğurluğuna görə
11-07-2017, 13:52 142 716 dəfə baxılıb
yüklənir...

Azərbaycanda adam oğurluğunda təqsirli bilinən və üzərində qanunsuz olaraq silah gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.
R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.
Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***
Bakıda Nəsimi Rayon Polis İdarəsi (RPI) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılmış Rüfət Əmirov “Rafet Əlibayramlinski” kimi tanınan kriminal avtoritet Rafet Əmirovun qardaşıdır.
“Rafet Əlibayramlinski” və qardaşı Rüfət Əmirov hazırda həbsdə olan “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: kriminal, ogurluguna, Adam, Bakida, qardashi, olunub, hebs, , gore, avtoritetin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017


19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ