SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda məktəbdə bədbəxt hadisə - Şagirdin göz bəbəyi dağıldı

Azərbaycanda məktəbdə bədbəxt hadisə - Şagirdin göz bəbəyi dağıldı

Tarix:

26-01-2017, 14:43

/ 1 828 dəfə oxundu.
Azərbaycanda məktəbdə bədbəxt hadisə - Şagirdin göz bəbəyi dağıldı

Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Əldə etdiyimiz məlumata görə, məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb. Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyib.

Masallı rayon xәstәxanasında da inkar cavabı alan yaxınları Zahidi Bakıya gətiriblər.

8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimovla əlaqə saxlayıb. Direktor bildirib ki, hadisə dərsdən sonra zarafat əsnasında baş verib:

“Uşaqlar qonşudurlar və dərsdən sonra evə gedən zaman zarafatlaşıblar. Bu vaxt qələm Zahidin gözünə batıb. Biz məktəb kollektivi olaraq şagirdimizlə maraqlanırıq. Yanına da getmişik, zəng də edirik. Onların ikisi də çox yaxşı oxuyur. Seçilən şagirdlərimizdəndir. Digər uşaqla bağlı müəyyən tədbirlər görüləcək, töhmət alacaq. Məndə olan məlumata görə, bu gün həmin uşaqlar telefonla da danışıb. Aralarında hər hansı bir düşmən münasibəti yoxdur. Sadəcə zarafat olub”.

Şərhlər

XƏBƏR LENTİ