SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Tarix:

6-07-2017, 09:20

/ 57 862 dəfə oxundu.
Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsindən erilən məlumata görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında qeydə alınıb.

Həmin “təcili yardım” stansiyasında xəstə baxıcısı işləyən qadının birinci həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və əlində bıçaq xəstəxanaya gələrək keçmiş arvadını öldürmək istəyib. Bu zaman stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Yusifov Əflatun araya girərək kişinin bu əməlinin qarşısını almağa çalışıb. Lakin qarşı tərəf sakitləşməyərək qadının əvəzinə həkimi ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ