SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakının mərkəzində faciə - Tələbəni öldürdülər

Bakının mərkəzində faciə - Tələbəni öldürdülər

Tarix:

4-07-2017, 10:58

/ 59 715 dəfə oxundu.
Bakının mərkəzində faciə - Tələbəni öldürdülər

Bakının mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Nəsimi rayonu 28 May küçəsində naməlum avtomobil 1998-ci il təvəllüdlü Mehdiyev Samiri vurub. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən 19 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda qəzanı törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) tələbəsi olub.

Şərhlər

XƏBƏR LENTİ