SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Yolu piyada keçidindən keçən azərbaycanlı idmançının ölüm anı - Qəzanın videosu

Yolu piyada keçidindən keçən azərbaycanlı idmançının ölüm anı - Qəzanın videosu

Tarix:

29-06-2017, 13:55

/ 56 804 dəfə oxundu.
Yolu piyada keçidindən keçən azərbaycanlı idmançının ölüm anı - Qəzanın videosu

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. İdmançı dünən avtomobil qəzasına düşüb.

Hadisənin təfərrüatlarını öyrənmişik. Məlumata görə, qəza Nobel prospekti Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.

Sürücü ilkin açıqlamasında həmin ərazidə işıqlanmanın zəif olmasını və piyada keçidi nişanının olduqca yaxın ərazidə qoyulmasını səbəb kimi göstərib.

Sakinlərin dediyinə görə, bu həmin ərazidəki ilk belə hal deyil. Bundan öncə də həmin yerdə qəza olub.

Həmin görüntüləri təqdim edirik:


azxeber.com

Şərhlər

XƏBƏR LENTİ