SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əkbər Hacıyevin maxinasiyalarına son: “Azəriqaz”da şöbələr ləğv olunur

Əkbər Hacıyevin maxinasiyalarına son: “Azəriqaz”da şöbələr ləğv olunur

Tarix:

29-06-2017, 09:05

/ 37 771 dəfə oxundu.
Əkbər Hacıyevin maxinasiyalarına son: “Azəriqaz”da şöbələr ləğv olunur

Ölkədə gedən struktur dəyişiklikləri "Azəriqaz” İstehsalat Birliyinə də çatıb
Əldə etdiyimiz xəbərə görə, qurumun şöbələrinin ləğvi prosesinə hazırlıq gedir.
Bəzi müəssisələrin birləşdirilməsi, işçilərin sayının azaldılması nəzərdə tutulur.
Eyni zamanda bu proses SOCAR-ın 26 idarə və istehsalat birliyinin hamısında aparılacaq. Hətta bəzi müəssisələrin birləşdirilməsi gözlənilir.
Hazırda struktur dəyişikliyi üzrə "Azneft” İstehsalat Birliyində son planlanma aparilir. Böyük ehtimalla iyul ayından "Azəriqaz” İstehsalat Birliyində prosesə start veriləcək.
Bildirilir ki, “Azəriqaz”da xeyli işçilər ixtisara düşəcək. Hazırda hansi işçilərlə birdəfəlik müqavilələrin ləğv ediləcəyi məxfi saxlanılır.
Xəbərə görə, “Azəriqaz” İB-nin fəaliyyətinin təkmilləşdirilməsi, kadr seçimi, əhalinin narazılıq etdiyi problemlərin həlli istiqamətində də ciddi addımlar atılacağı gözlənilir. Əkbər Hacıyevin idarəçilik sistemi ciddi şəkildə narazılıq yaradıb.
Bundan əlavə, struktur bölmədə çalışan orta təhsilli şəxslər 5-ci dərəcəyədək düşürüləcək. Orta ixtisas təhsilli və mühəndis vəzifəsi adı altinda çalışan şəxslərin dərəcələri 7-8-ci dərəcələrdək endiriləcək.
İxtisasi mühəndis olmayan ali təhsilli şəxslərin isə vəzifələrə uyğun olaraq 9-10-cu dərəcəyədək olan ştatlara yerləşdirilməsi aparılacaq.
“Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərcləri, təmir işləri, alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir.
Auditin nəticəsində o da bildirirlir ki, "Sentra” adlı podratçı hətta "Azəriqaz”ın sifarişini bazar dəyərindən düz 38 dəfə baha yerinə yetirib. Bundan başqa, "Azəriqaz”da ştatların ki süni şişirdilməsi, yəni çoxaldılması faktları da üzə çıxıb.
Hazırda birliyin idarəetmə aparatında 33 şöbə var və orada 598 nəfər işçi çalışır. Əlavə yaradılan əksər şöbələr bir-birini təkrarlayır. O zaman bu süni ştat artımının niyə yaradıması da cəmiyyətin müzakirəsində idi.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ