yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Məşuqəsini qətlə yetirərək daha iki nəfəri yaraladı - Bakıda

Məşuqəsini qətlə yetirərək daha iki nəfəri yaraladı - Bakıda
23-06-2017, 09:33 169 923 dəfə baxılıb

Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.

İnsident Nizami metrostansiyası yaxınlığında qeydə alınıb.

Sözügedən ərazidə usta işləyən Sənan adlı şəxs Mahirə adlı məşuqəsi ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən şəxs qadını təqib edib və onun kirayə qaldığı evə gəlib.

Mahirə hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.

Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endrib, daha sonra köməyə gələn oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlunu bıçaqlayıb. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Bununla da hirsi soyumayan şəxs məşuqəsi Mahirənin ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

İnsident zamanı bıçaq xəsarəti alan ana və oğul 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

Artıq qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızı olduğu müəyyən edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yaraladi, , qetle, daha, Bakida, iki, Meshuqesini, yetirerek, neferi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ