“Topaz” mərc oyunları məntəqəsində növbəti dəfə qan düşüb.
Ağa Nemətulla 35 ünvanında yerləşən məntəqəyə müştəri kimi gələn Nəcəfli Ülvi Fərhad oğlu satıcı Yusifzadə Fərid Fazil oğlunu bıçaqlayıb.
Məlumata görə, bıçaqlanmaya səbəb 2 manatlıq kupon olub. Belə ki, 23 yaşlı satıcı 1990-cı il təvəllüdlü müştərinin kuponunu səhv vurub. Nəcəfli Ülvi isə bunu sərt qarşılayıb. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Satıcını məntəqədən bayıra dəvət edən müştəri, yaranan mübahisə nəticəsində Yusifzadə Fəridə 4 bıçaq zərbəsi endirib.
Zərərçəkən şəxs dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, onun vəziyyəti normaldır və sabah evə buraxılacaq.
Nəcəfli Ülvi isə polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.