SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Şagirdi maşın vurub öldürdü

Şagirdi maşın vurub öldürdü

Tarix:

1-06-2017, 14:00

/ 109 997 dəfə oxundu.
Şagirdi maşın vurub öldürdü

Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman “Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Şərhlər

XƏBƏR LENTİ