SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakının mərkəzində dəhşət - Özünü "Bank Respublika"nın qaşısında yandırdı

Bakının mərkəzində dəhşət - Özünü "Bank Respublika"nın qaşısında yandırdı

Tarix:

24-05-2017, 11:44

/ 62 086 dəfə oxundu.
Bakının mərkəzində dəhşət - Özünü "Bank Respublika"nın qaşısında yandırdı

“Bank Respublika”nın “Azneft” filialı qarşısında 50-55 yaşlarında olan şəxs özünü yandırıb.

Özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Şahidlərin bildirdiyinə görə, müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

Şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.

Hazırda filial fəaliyyətini dayandırıb. Polis əməkdaşları hadisə yerindədir.
Bakının mərkəzində dəhşət - Özünü "Bank Respublika"nın qaşısında yandırdı
Bakının mərkəzində dəhşət - Özünü "Bank Respublika"nın qaşısında yandırdı
Bakının mərkəzində dəhşət - Özünü "Bank Respublika"nın qaşısında yandırdı

Şərhlər

XƏBƏR LENTİ