yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şirvanda oğurluq edən şəxsin özü oğurluğa məruz qalıb

Şirvanda oğurluq edən şəxsin özü oğurluğa məruz qalıb
19-05-2017, 14:24 121 023 dəfə baxılıb
yüklənir...

Şirvanda 20 yaşlı gənc evdən qızıl-zinət əşyaları oğurlayıb.

Məlumata görə, Şirvan sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü İsmayılov Coşqun Rövşən oğlu şəhər sakininin evindən 1500 manat dəyərində qızıl-zinət əşyaları və 750 manat dəyərində noutbuk, ümumilikdə 2250 manat dəyərində oğurluq edib. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. İsmayılov şübhəli şəxs qismində saxlanılaraq barəsində şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müəyyənləşdirilib ki, C. İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı, 1995-ci il təvəllüdlü Röyal Məhərrəməli oğlu Xələfov sonradan birincidən xəbərsiz qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları - 2000-ci il təvəllüdlü Gündüz Elxan oğlu Mirzəyev, 2000-ci il təvəllüdlü Əlizamin Əlövsət oğlu İsmayılov və 1993-cü il təvəllüdlü Əsgər Tərlan oğlu Məmmədovla birlikdə lombarda qoyaraq əldə olunan pulu aralarında bölüb. Şirvan polisi tərəfindən bu şəxslər də istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ogurluga, meruz, ogurluq, shexsin, qalib, eden, ozu, Shirvanda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ