SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gömrükdə şok əməliyyat - Mədəsindən 25 büküm heroin çıxdı

Gömrükdə şok əməliyyat - Mədəsindən 25 büküm heroin çıxdı

Tarix:

15-05-2017, 16:30

/ 64 216 dəfə oxundu.
Gömrükdə şok əməliyyat - Mədəsindən 25 büküm heroin çıxdı

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ