SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “Ferma” verilişinin iştirakçısı həkimi döyüb

“Ferma” verilişinin iştirakçısı həkimi döyüb

Tarix:

9-05-2017, 10:34

/ 58 953 dəfə oxundu.
“Ferma” verilişinin iştirakçısı həkimi döyüb

Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
Şəki Mərkəzi Rayon Xəstəxanasından faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev “ARB” telekanalında yayımlanan “Ferma” verilişinin iştirakçısı olub.

Şərhlər

XƏBƏR LENTİ