SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Arvadını oğlunun gözü qarşısında baltaladı

Arvadını oğlunun gözü qarşısında baltaladı

Tarix:

4-05-2017, 18:12

/ 146 552 dəfə oxundu.
Arvadını oğlunun gözü qarşısında baltaladı

Ucar sakini həyat yoldaşını baltalayıb. Hadisə rayonun Qaracalı kəndində qeydə alınıb.
Kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov həyat yoldaşı, 1966-cı il təvəllüdlü Şamama Mahmudovanı ailə münaqişəsi zəminində başına balta ilə xəsarət yetirib. Hadisə Şamama Mahmudovanın atası evində, 16 yaşlı oğlunun gözü qarşısında baş verib. Ağır vəziyyətdə olan Ş.Mahmudova Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Ucar rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Məhərrəm Mahmudov saxlanılaraq istintaq bölməsinə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ