SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kişini döyə-döyə öldürdülər

Bakıda kişini döyə-döyə öldürdülər

Tarix:

4-05-2017, 14:15

/ 139 039 dəfə oxundu.
Bakıda kişini döyə-döyə öldürdülər

Bakıda qətl törədilib.
Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ