SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ucarda ər arvadını baltaladı

Ucarda ər arvadını baltaladı

Tarix:

4-05-2017, 12:47

/ 138 945 dəfə oxundu.
Ucarda ər arvadını baltaladı

Ucar rayonunda ər arvadını baltalayıb

Hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

Belə ki, rayonun Bağbanlı kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov ailə münaqişəsi zəmnində arvadı, 1966-cı il təvəllüdlü Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.

Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralı Ş.Mahmudova Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxananın şöbə müdiri Cavanşır Vəzirov sayta bildirib ki, yaralının vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Hadisəni törədən M.Mahmudov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ