SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda restorandan 40 minlik seyf oğurlandı

Bakıda restorandan 40 minlik seyf oğurlandı

Tarix:

3-05-2017, 14:27

/ 57 691 dəfə oxundu.
Bakıda restorandan 40 minlik seyf oğurlandı

Bakıda yerləşən restoranlardan birindən içərisində təxminən 40 min manat olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz xəbərə görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

Şərhlər

XƏBƏR LENTİ