Salyan rayonunda YPX maşını qəza törədib.
Məlumata görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.
İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.