SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Metroda bədbəxt hadisə - Sərxoş relslərin üstünə yıxıldı/ FOTO

Metroda bədbəxt hadisə - Sərxoş relslərin üstünə yıxıldı/ FOTO

Tarix:

20-04-2017, 14:41

/ 58 869 dəfə oxundu.
Metroda bədbəxt hadisə - Sərxoş relslərin üstünə yıxıldı/ FOTO

Ötən gecə Bakı Metropoliteninin "Nizami" stansiyasında relslərin üzərinə yıxılaraq ağır xəsarət alan şəxsin kimliyi müəyyənləşib.
Məlumata görə, saat 22:45 radələrində sərxoş vəziyyətdə relslərin üzərinə yıxılan və koma halında 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən şəxsin Bakı şəhər Yasamal rayon Ə.Quliyev küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğlu olduğu müəyyən edilib. Baş nahiyəsindən ağır zədə alan 32 yaşlı F.İmanov həkimlərin səyi nəticəsində komadan ayılıb. Lakin onu dindirmək hələlik mümkün deyil.
Artıq polis hadisə ilə bağlı videogörüntüləri araşdırıb. Buradan məlum olub ki, F.İmanov ehtiyatsızlıqdan relslərin üzərinə yıxılıb.
Metroda bədbəxt hadisə - Sərxoş relslərin üstünə yıxıldı/ FOTO

Şərhlər

XƏBƏR LENTİ