yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ağdamda məktəbdə bomba həyəcanı: "Qara rəngli avtomobildən düşən 3 nəfər..."

Ağdamda məktəbdə bomba həyəcanı:
17-04-2017, 17:53 56 751 dəfə baxılıb

Ağdamda məktəb binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
Ağdam rayon Polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxs Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən 18 saylı məktəb binasına bomba qoyulması və bir necə dəqiqədən sonra partlayacağı barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttində məlumat verib.
Zəng edən şəxs iddia edib ki, məktəbə bombanı dövlət nömrə nişanı olmayan qara rəngli avtomobildən düşən 3 nəfər qoyub.
Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Ağdam rayon sakini, hazırda Bərdə rayonunda müvvəqəti məskunlaşan 44 yaşlı Aslanov Elburus Teymur oğlu olması müəyyən edilib.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elburus Aslanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ağdam, məlumat, Aslanov, Elburus, barədə, rayon, binasına, məktəb, bomba, qoyulması, rayonunda, Bərdə, müvvəqəti, məskunlaşan, hazırda, yaşlı, şəxsin, Dərhal, qoyub, Teymur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ