SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda 3 uşaq atası gənc qızı qaçırıb öldürdü

Azərbaycanda 3 uşaq atası gənc qızı qaçırıb öldürdü

Tarix:

14-04-2017, 16:45

/ 108 887 dəfə oxundu.
Azərbaycanda 3 uşaq atası gənc qızı qaçırıb öldürdü

Yardımlı rayonunda qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, ötən gün Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.
Məlumata görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb. Ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib. Polisin apardığı araşdırmalar zamanı müəyyən edilib ki, subay xanımın kənd sakini 3 uşaq atası 37 yaşlı Niyazi Təhməzovla münasibəti olub. Bunu müəyyən etdikdən sonra Niyazi Təhməzov saxlanılıb və o, Natəvan Babayevanı öldürdüyünü etiraf edib.
Məlum olub ki, Natəvanın itkin düşdüyü gün onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib.
Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ