SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 19 yaşlı oğlan özünü güllələdi

19 yaşlı oğlan özünü güllələdi

Tarix:

14-04-2017, 14:25

/ 108 101 dəfə oxundu.
19 yaşlı oğlan özünü güllələdi

Laçın rayon sakini İsmayıllı rayonunda odlu silahla özünə ağır xəsarət yetirib.

Hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Vəliyev Cəsarət Bəxtiyar oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün qəflətən silahdan açılan atəş nəticəsində özünə ağır xəsarət yetirib. Sağ diz və baldır nahiyəsindən ağır xəsarətlər alan Cəsarət Vəliyev təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ