SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda sərnişin avtobusu qəzaya düşdü - 5 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu qəzaya düşdü - 5 nəfər xəsarət alıb

Tarix:

10-04-2017, 12:15

/ 58 257 dəfə oxundu.
Bakıda sərnişin avtobusu qəzaya düşdü - 5 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 77 saylı sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ