yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakı məktəbində şagird bıçaqlandı: Dərsdə və müəllimin gözü qarşısında - TƏFƏRRÜAT

Bakı məktəbində şagird bıçaqlandı: Dərsdə və müəllimin gözü qarşısında - TƏFƏRRÜAT
3-04-2017, 15:23 12 515 dəfə baxılıb

Suraxanı rayonu C.Rəhimov adına 146 nömrəli məktəbdə bıçaqlanma hadisəsi baş verib. X sinfin Rəşad adlı şagirdi hərbi hazırlıq dərsində naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə bu gün saat təxminən 12:30 radələrində baş verib.

Məlumatı təsdiqləyən 146 saylı məktəbin direktor köməkçisi deyib ki, hadisə məktəbin həyətində qəflətən baş berib. Belə ki, hərbi hazırlıq dərsi keçirilən zaman əqli cəhətdən zəif olan bir şəxs qəflətən Rəşadın bud nahiyyəsinə bıçaqla zərbə endirib.

Şagird aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib: “Bıçaqlanan X sinif şagirdi Rəşaddır. Soyadını bilmirəm. Hadisə müəllimin gözü qarşısında baş verib. Yoldan keçən əqli cəhətdən zəif 30 yaşında şəxs bıçaqla uşağın bud hissəsini yaralayıb. Həmin şəxs o dəqiqə yaxalanıb və Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən aparılıb. Şagirdin vəziyyəti bildiyimiz qədər normaldır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: verib, tərəfindən, hazırlıq, Hadisə, hərbi, məktəbin, bıçaqla, Suraxanı, qəflətən, şagirdi, cəhətdən, qarşısında, müəllimin, Yoldan, keçən, uşağın, yaşında, bilmirəm, Soyadını, xəstəxanaya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ