SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kişi 18 manata görə döyüldü

Bakıda kişi 18 manata görə döyüldü

Tarix:

24-08-2019, 11:45

/ 838 dəfə oxundu.
Bakıda kişi 18 manata görə döyüldü

Ötən gün Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıb.
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Abbasov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səfərov saxlanılıb.

Həmçinin 22-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayon ərazisində törədilmiş soyğunçuluq faktının da üstü açılıb. Belə ki, avqustun 21-də 28 May küçəsində yerləşən parkda naməlum şəxs Bakı şəhər sakini K.Alcanovun cibindən 97 manat pulunu soyğunçuluq yolu ilə götürüb qaçıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, avqustun 19-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Avqustun 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus “KİA” markalı avtomobilin ön hissəsi qəsdən əzilib.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ