SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Translar birləşib yük maşının sürücüsünü döydülər-Bakıda

Translar birləşib yük maşının sürücüsünü döydülər-Bakıda

Tarix:

28-03-2017, 18:14

/ 2 340 dəfə oxundu.
Translar birləşib yük maşının sürücüsünü döydülər-Bakıda

Onların şəxsiyyətləri hələ ki, məlum deyil
Bakıda yük maşını sürücüsü transseksualların hücumuna məruz qalıb.Bakıda cinsi azlıqların nümayəndələri yük maşınının sürücüsünü soyublar. Bu barədə "Sputnik Azərbaycan"a Qaradağ rayonu 38 nömrəli polis bölməsindən məlumat verilib. Homoseksualların qurbanı 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Rahim Cəbrayılov olub. Hadisə barədə zərərçəkən özü polis bölməsinə müraciət edib. O bildirib ki, 27-dən 28-nə keçən gecə o Sahil qəsəbəsindən Bakı istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Təxminən hecə saat 1-də Cəbrayılov santexnika malları daşıdığı "Ateko" markalı yük maşınını kömrük postundan 200 m aralıda saxlayıb. Sürücü maşının kabinəsindən çıxaraq təbii ehtiyacını yerinə yetirərkən mini yubkalı və parikli bir neçə transvisit ona hücum çəkib. Onlardan 2-ci Rahimin əllərini arxadan bağlayıb, digərləri isə onun ciblərini axtarıblar. Soyğunçular 1456 manatı mənimsəyərəqk aradan çıxıblar. "Zərəçəkən bildirir ki, o cinayətkarlara müqavimət göstərib. Amma onlar qadın paltarında olsalar da kişi qüvvəsinə malik olublar. Ona görə də onlara müqavimət göstərmək çətin olub"- deyə polis bölməsindən bildiriblər. Polislərin sözlərinə görə, maşın yollunun həmin yerində trenvesitlər fahişəliklə məşğul olublar. Onların şəxsiyyətləri hələ ki, məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ