SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Yeganə" də tüstüdən zəhərlənənlərin sayı 19 nəfərə çatdı

"Yeganə" də tüstüdən zəhərlənənlərin sayı 19 nəfərə çatdı

Tarix:

19-07-2019, 22:56

/ 1 021 dəfə oxundu.
"Yeganə" də tüstüdən zəhərlənənlərin sayı 19 nəfərə çatdı

Şirvanda toy məclisində baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.

Şirvan Şəhər Polis Şöbəsindən verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.

Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

22:03

xxx

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

21:08

xxx

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

Hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ