SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda güllələnən kriminal avtoritetin adı məlum oldu

Bakıda güllələnən kriminal avtoritetin adı məlum oldu

Tarix:

7-06-2019, 22:16

/ 1 328 dəfə oxundu.
Bakıda güllələnən kriminal avtoritetin adı məlum oldu

Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi müəyyən olunub.

Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

xxx

21:23

Bakı şəhəri, Binəqədi rayonu ərazisində atışma olub.

Rəsulzadə qəsəbəsində "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobilin içində olan iki nəfər gülləbaran edilib. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar. Lakin Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının onları yaxaladığı, Sükan arxasında olan şəxsin Hüseynov Səxavət Oruc oğlu olduğu, digərinin isə şəxsiyyətinin dəqiqləşdirilıdiyi bildirilir.

Ölən şəxsin kriminla avtoritet olduğu bildirilir.

Binəqədi polisindən bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmır. Əlavə məlumat veriləcək. Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparır.

xxx

19:56

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, "Favorit" marketin qarşısında güllənmə hadisəsi baş verib.

Naməlum şəxs 1 nəfər sakinə odlu silahla atəş açaraq, hadisə yerindən uzaqlaşıb.

Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları gəlib. Güllələnən şəxsi "Mercedes-Benz E-Class" markalı avtomobillə ərazidən uzaqlaşdırıblar.

Şərhlər

XƏBƏR LENTİ