SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sərnişin “London Taxi” sürücüsünü bıçaqladı və qaçdı

Sərnişin “London Taxi” sürücüsünü bıçaqladı və qaçdı

Tarix:

7-06-2019, 14:30

/ 817 dəfə oxundu.
Sərnişin “London Taxi” sürücüsünü bıçaqladı və qaçdı

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verdiyini, bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.
DİN-dən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ