SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Quba sakini üzərində narkotiklə yaxalanıb

Quba sakini üzərində narkotiklə yaxalanıb

Tarix:

6-06-2019, 11:25

/ 885 dəfə oxundu.
Quba sakini üzərində narkotiklə yaxalanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı İmran Əliyev saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, İ.Əliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbada çəkisi 350 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ