SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda azyaşlı qız oğurlanıb

Bakıda azyaşlı qız oğurlanıb

Tarix:

5-06-2019, 18:21

/ 816 dəfə oxundu.
Bakıda azyaşlı qız oğurlanıb

Bakıda üç yaşlı qız itkin düşüb. Hadisə Sabunçu qəsəbəsində baş verib.
Uşağın qohumları bildiriblər ki, Bağırova Zəhra Rəsul qızı ötən gün günorta saatlarında yaşadığı qəsəbədə itkin düşüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

İddialara görə, ətrafdakı müşahidə kameralarına baxılarkən, naməlum kişinin uşağı əlindən tutaraq, özü ilə apardığı müşahidə edilib. Lakin görüntüdəki qızın Bağırova Zəhra olub-olmaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ