SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Həyətində özü üçün çətənə əkdi

Həyətində özü üçün çətənə əkdi

Tarix:

4-06-2019, 16:50

/ 731 dəfə oxundu.
Həyətində özü üçün çətənə əkdi

Şabran sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 37-118 sm olan 15 ədəd çətənə kolu (kannabis) aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ