SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

Tarix:

15-05-2019, 09:52

/ 845 dəfə oxundu.
Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib. Hadisə mayın 14-də səhərə yaxın saat 04 radələrində baş verib.

Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Səbinə Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ