SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü - VİDEO

Videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü - VİDEO

Tarix:

14-05-2019, 18:20

/ 984 dəfə oxundu.
Videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü - VİDEO

Bakıda avtomobillə vurulan tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib.

Bu gün “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı maşınla vurulan, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

Qeyd edək ki, paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. F.Nəzərova xəstəxanada vəfat edib.

Xatırladaq ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasının həyətində lentə alınıb. Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb. Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar. İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş. (ONA)

Şərhlər

XƏBƏR LENTİ