SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “Baku Bus” avtobusunun kondisionerinin işlətməsini tələb etdi, sürücünü döydü

“Baku Bus” avtobusunun kondisionerinin işlətməsini tələb etdi, sürücünü döydü

Tarix:

13-05-2019, 11:55

/ 724 dəfə oxundu.
“Baku Bus” avtobusunun kondisionerinin işlətməsini tələb etdi, sürücünü döydü

Bakıda avtobus sürücüsünü döyməkdə təqsirləndrilən Elşad Rüstəmzadə yenidən məhkəməyə müraciət edib.

Unikal.org-un məlumatına görə, o, 2018-ci ilin may ayının 25-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti “Əl Oyunları” sarayının yaxınlığında T.Hünbətovun idarə etdiyi “Baku Bus” MMC-yə məxsus 5 saylı marşrut xətti ilə işləyən avtobusda sərnişin qismində olarkən sürücüdən kondisionerin işlətməsini tələb edib. Sürücü isə kondisioneri işlədə bilməyəcəyini deyib. Daha sonra E.Rüstəmzadə heç bir əsaslı səbəb olmadan, ictimai yerdə nəlayiq ifadələr işlətməklə T.Hünbətovla mübahisə edib, ictimai qaydanı kobud surətdə pozub. O, əli ilə sürücünü qəsdən vurub, sağ dirsək çuxuru nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib.

Həmçinin E.Rüstəmzadə “Baku Bus” avtobusunun 151,98 manat dəyərində validatorunu yumruqla vurub sındırıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Rüstəmzadənin barəsində Cinayət Məcəlləsinin (CM) 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi iləittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində cinayət işinə baxılan zaman təqsirləndirilən şəxs günahsız olduğunu, ittihamı rədd etdiyini, sürücünü vurmadığını deyərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin hökmü ilə o, təqsirli bilinib, hər ay qazancından 20% məbləğində pul dövlət nəfinə tutularaq 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırma aparılmadığını, ikinci qrup əlil olduğunu, nevroz xəstəliyindən əziyyət çəkdiyini, özünü CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilmədiyini söyləyib, hökmün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edib ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır.

Daha sonra E.Rüstəmzadə Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim İmran Hacıqayıbovun icraatına verilib. Məhkəmə mayın 21-də keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ