SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göygöldəki qəzada ölənlərin sayı 8-ə çatdı

Göygöldəki qəzada ölənlərin sayı 8-ə çatdı

Tarix:

29-04-2019, 14:28

/ 887 dəfə oxundu.
Göygöldəki qəzada ölənlərin sayı 8-ə çatdı

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” və "VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər ölüb.

Qəza nəticəsində daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

***

Həlak olanların sayının 4 olduğu bildirilir.

***

Qəzada həlak olan 2 nəfərin şəxsiyyəti məlum olub. Onlar "07"nin sürücüsü, 1995-ci il təvəllüdlü Eldəniz Gəray Oğlu Həsənov və 1986-cı il təvəllüdlü Aslan Əbülfəz oğlu Camalovdur. Digər şəxslərin kimliyi də müəyyənləşdirilir.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Bir nəfər qadın isə Gəncə şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Şərhlər

XƏBƏR LENTİ