SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda quduz itlər insanlara hücüm edib 10 nəfəri dişlədi

Azərbaycanda quduz itlər insanlara hücüm edib 10 nəfəri dişlədi

Tarix:

25-04-2019, 14:43

/ 1 071 dəfə oxundu.
Azərbaycanda quduz itlər insanlara hücüm edib 10 nəfəri dişlədi

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.

Hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Bildirilir ki, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Belə ki, 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəlihəd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994), Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Lənkəranda daha bir nəfər it dişləməsi ilə xəstəxanaya gətirilib.

1990-cı il təvəllüdlü Abbasov Anar Zakir oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da quduz itlərin dişləməsi zamanı xəsarət alanların sayı 10 nəfərə alıb.

Şərhlər

XƏBƏR LENTİ