SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Paytaxtda gənc qız özünü 7-ci mərtəbədən atdı - FOTO

Paytaxtda gənc qız özünü 7-ci mərtəbədən atdı - FOTO

Tarix:

24-04-2019, 00:38

/ 1 040 dəfə oxundu.
Paytaxtda gənc qız özünü 7-ci mərtəbədən atdı - FOTO

Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsində intihar hadisəsi baş verib.

Hələlik soyadı məlum olmayan 23 yaşlı Zeynəb adlı qız özünü binanın 7-ci mərtəbəsindən yerə atıb. Gənc qadın yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə Yasamal rayon Porokurorluğunun və polis əməkdaşları gəlib. Yasamal rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, mərhumun valideynləri bildirib ki, Zeynəbin çalışdığı gözəllik salonunun sahibəsində 1000 manat borcu olub və borc sahibi sonuncu dəfə mərhuma zəng edərək borcu qaytarmayacağı təqdirdə evə polis əməkdaşları ilə gələcəyini bildirib.

Yasamal Rayon polis əməkdaşları gözəllik salonunun hələlik adı məlum olmayan sahibəsinin axtarişi üzrə işə başlayıb.
Paytaxtda gənc qız özünü 7-ci mərtəbədən atdı - FOTO
Paytaxtda gənc qız özünü 7-ci mərtəbədən atdı - FOTO

Şərhlər

XƏBƏR LENTİ