yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şamaxıda oğurluq avtomobillə qız qaçıran şəxs YPX əməkdaşına müqavimət göstərib

Şamaxıda oğurluq avtomobillə qız qaçıran şəxs YPX əməkdaşına müqavimət göstərib
15-03-2017, 13:07 248 dəfə baxılıb
yüklənir...

Şamaxı rayonunda avtomobil qaçıran şəxs polisə müqavimət göstərib.
Hadisə martın 14-də Şamaxı şəhəri ərazisində baş verib.
Belə ki, şəhər sakini Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirərkən B.Abdullayev avtomobillə hadisə yerindən qaçıb.
Dərhal görülən tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı Rayon Polis Şöbəsinə gətirilib.
Əməliyyat tədbirləri ilə B.Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ