SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Tarix:

4-04-2019, 14:14

/ 2 598 dəfə oxundu.
Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Gədəbəy rayon İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.

Anews.az-ın elektron poçtuna Gədəbəy rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi olması barədə məlumat daxil olub. Həmin məlumatda qeyd edilir ki, Gədəbəy rayon Qaradağ kənd icra nümayəndəsi Qasımov Cahangir İsmayıl oğlu 03 aprel 2019-ci il tarixində Gədəbəy rayon icra hakimiyyətinin binasında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, Cahangir Qasımov icra hakimiyyətinə işdən azad edilməsi görə dəvət olunubmuş. C.Qasımov işdən könüllü çıxması üçün ərizə yazmalı imiş. Lakin o hadisə yerində vəfat edib.

Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Media nümayəndəsi olduğumuzu bilən kimi telefonu söndürdülər. Növbəti zənglərimizə cavab verən olmadı.

Daha sonra Gədəbəy İcra Hakimiyyətinin birinci müavini Nağıyev Natiq ilə də telefon əlaqəsi saxladıq. Amma hadisə barədə heç bir məlumat öyrənə bilmədik. N.Nağıyev başqa yerdə olduğunu qeyd edərək, telefonu söndürdü.

Şərhlər

XƏBƏR LENTİ