SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Evində narkotik əkdi

Evində narkotik əkdi

Tarix:

4-04-2019, 10:56

/ 974 dəfə oxundu.
Evində narkotik əkdi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləki qəsəbə sakini 44 yaşlı Azər Məmmədov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman müxtəlif plastik qablarda xüsusi aqrotexniki qaydada əkib-becərdiyi 24 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Evində narkotik əkdi
Evində narkotik əkdi

Şərhlər

XƏBƏR LENTİ