SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bağ salmaq üçün tingləri oğurlayıb - FOTO

Bağ salmaq üçün tingləri oğurlayıb - FOTO

Tarix:

3-04-2019, 12:21

/ 933 dəfə oxundu.
Bağ salmaq üçün tingləri oğurlayıb - FOTO

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Ağalar Yarəliyev RPŞ-nə ərizə ilə müraciət edərək rayon ərazisində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsindən meyvə tinglərinin oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, oradan ümumi sayı 300-yə yaxın gilas, heyva, badam və şaftalı tinglərinin oğurlandığı müəyyən edilib.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Barlı kənd sakini, 33 yaşlı Xəyyam Mirişov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi hadisəni etiraf edərək, tingləri bağ sahəsində əkib becərmək üçün oğurladığını bildirib. Oğurlanan tinglər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülərək təcrübə bazasına təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Bağ salmaq üçün tingləri oğurlayıb - FOTO
Bağ salmaq üçün tingləri oğurlayıb - FOTO

Şərhlər

XƏBƏR LENTİ