SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Silahlı Qüvvələr günü əsgər intihar etdi: “Döyülüb”

Silahlı Qüvvələr günü əsgər intihar etdi: “Döyülüb”
4-07-2016, 13:09787Oxunub.

 

Milli Ordumuzun əsgəri Nəcəfov Elburus Fərəc oğlu intihar edib.

Bu barədə mərhumun yaxınları məlumat verib. Onların sözünə görə, 26 iyun Silahlı Qüvvələr Günü Beyləqan rayonu "N” saylı hərbi hissənin əsgəri 1997-ci il təvəllüdlü Yasamal rayon sakini Nəcəfov Elburus Fərəc oğlu intihar edib. Hərbi hissədən əsgərin ailəsinə Elburus Nəcəfovun intihar etdiyi bildirilib. E. Nəcəfov intihar etməzdən əvvəl ailə üzvləri ilə əlaqə saxlayıb.

Mərhumun ailə üzvlərinin dediyinə görə, Elburus Nəcəfovun cibindən məktub tapılıb. Həmin məktubda onu intihar həddinə çatdıran adamın adı yazılıb. Amma nədənsə həmin məktub ailəsinə təqdim olunmayıb.

Qeyd edək ki, əsgər Elburus Nəcəfov 6-aydan sonra hərbi xidməti başa vuracaqdı.

Yaxınlarının dediklərinə görə, Elburus Nəcəfov dindar olmaqla yanaşı idmanla məşqul olub. Ona görədə ailə üzvləri Elburus Nəcəfovun özünə intihar etməsini qəbul etmir: "Çünki, intihar etməsinə heç bir səbəb yox idi. İntihar etməzdən əvvəl döyülüb. Hər halda bizə həmin hərbi hissədə xidmət keçən əsgərlər belə məlumat verdilər. Məhz Elburus Nəcəfov döyüləndən sonra özünə qəsd edib. Onun cəsədi üzərində kəsik izlərini açıq-aşkar görmək olurdu. Bizə deyilənlərə görə, əvvəlcə qolunu kəsib, sonra isə bogazını kəsərək intihar edib”.(aztoday)

Elburus Nəcəfov Xırdalan qəbirsanlığında dəfn olunub.

Əsgər ölümü ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya iyulun 1-də ünvanladığımız sorğuya hələlik cavab verilməyib.

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ