SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağcəbədidə narkotik həblərin satışı ilə məşğul olan aptek ifşa olunub

Ağcəbədidə narkotik həblərin satışı ilə məşğul olan aptek ifşa olunub

Tarix:

2-04-2019, 16:44

/ 893 dəfə oxundu.
Ağcəbədidə narkotik həblərin satışı ilə məşğul olan aptek ifşa olunub

Ağcabədi rayonunda fəaliyyət göstərən apteklərin birində külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi şəhər ərazisində yerləşən apteklərin birində qanunsuz olaraq narkotik tərkibli dərman preparatlarının satışı ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A.Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ