SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycan-İran sərhədində ATIŞMA - Elçin Quliyev təcili hadisə yerinə gəldi

Azərbaycan-İran sərhədində ATIŞMA - Elçin Quliyev təcili hadisə yerinə gəldi

Tarix:

12-03-2019, 12:05

/ 1 136 dəfə oxundu.
Azərbaycan-İran sərhədində ATIŞMA - Elçin Quliyev təcili hadisə yerinə gəldi

Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub­dur.

Bu barədə DSX-dan məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində və­fat etmiş­dir. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilibdir. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilibdir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunubdur.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşmüş, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndiriliblər.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Azərbaycan-İran sərhədində ATIŞMA - Elçin Quliyev təcili hadisə yerinə gəldi
Azərbaycan-İran sərhədində ATIŞMA - Elçin Quliyev təcili hadisə yerinə gəldi
Azərbaycan-İran sərhədində ATIŞMA - Elçin Quliyev təcili hadisə yerinə gəldi

Şərhlər

XƏBƏR LENTİ